2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 317.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 87.4 milyon manata bərabər olub.
Azərbaycandan xaricə birbaşa investisiya 3,1 milyard dollar olub - ÖLKƏLƏR, SİYAHI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.2% və ya 144.5 milyon manat, banklardan xaricə köçürmələr isə 29.6% və ya 36.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin ilk 2 ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 462.4 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 124.1 milyon manat təşkil edib. (Apa)