Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 810 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.
Eləcə də bax: Azərbaycan bankları 9 ayda 2,7 milyard dollarlıq nağd valyuta - ALIB SATIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən təxminən 18,8 % çoxdur.