2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsi ilə 2 milyard 787.8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manata bərabər olub.
Mərkəzi Bank xaricə pulköçürmələrdə gündəlik limiti ləğv etdi – Aylıq 20 min dollar olacaq
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən Azərbaycana pul köçürmələri 18.3% və ya 626.4 milyon manat, ölkədən xaricə köçürmələr isə 39% və ya 235.6 milyon manat azalıb. (Apa)