2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manata bərabər olub.
Azərbaycanda 6 bank filialı və 10 bank şöbəsi - BAĞLANIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat, ölkədən xaricə köçürmələr isə 40.2% və ya 215.5 milyon manat azalıb. (Apa)