Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
ELƏCƏ də bax: Naxçıvanda komitə sədri vəzifəsindən – AZAD EDİLDİ
FED.az-ın məlumatına görə, dəyişiklik fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilməsi ilə əlaqədardır.
Eləcə də bax: Gömrük Komitəsi artıq topladığı pulları – AÇIQLADI
İndiyə qədər qüvvədə olan qaydalara görə, 18 yaşına çatmış hər bir şəxs ay ərzində şəxsi istifadə üçün 3 litr alkoqollu içki və 600 ədəd siqareti ölkəyə ödənişsiz gətirə bilərdi.
Dəyişikliyə əsasən isə ödənişsiz gətirilə bilən alkoqollu içkinin miqdarı 2 dəfə, siqaretin miqdarı 3 dəfə azaldılıb. Başqa sözlə, 18 yaşına çatmış hər bir şəxs ay ərzində şəxsi istifadə üçün ölkəyə cəmi 1,5 litr alkoqollu içki və 200 ədəd siqareti ödənişsiz gətirə bilər.
Eləcə də bax: Həbsdə olan gömrükçü: "İş yoldaşımın pulunu rüşvət saymadım"
Azərbaycana xaricdən araq-siqaret gətirmək çətinləşdi – YENİ QƏRAR
00:12
27 Noy 2018