2022-ci ilin yanvar-iyun aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $1 milyard 604,288 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycandan ilk 6 ayda 5 milyard dollardan çox kapital - ÇIXARILIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Həmçinin, əgər cari ilin birinci rübündə ölkəyə pul köçürmələrinin həcmi $239,971 milyon təşkil edibsə, o zaman ikinci rübdə köçürmələrin həcmi $1 milyard 364,317 milyona çatıb.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $1 milyard 283,045 milyon (artım 4,9 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 80%-i (2021-ci ilin yanvar-iyun aylarında xüsusi çəki 53,1%) Rusiyadan həyata keçirilib.
2022-ci ilin aprel-iyun aylarında RF-dən Azərbaycana pul köçürmələri 2022-ci ilin yanvar-mart ayıarında $99,703 milyona qarşı $1 milyard 183,342 milyon təşkil edib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($55,462 milyon, artım 15,2%), ABŞ ($77,103 milyon, artım 2,6 dəfə), Almaniya ($29,076 milyon, artım 2,8 dəfə) və Qazaxıstan da ($17,042 milyon, artım 8,8%) daxildir.
AMB-nin məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 24,3% artaraq $151,548 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($40,931 milyon, artım 22,1%) tutur. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan bütün köçürmələrin 27%-i (2021-ci ilin yanvar-mart aylarında 27,5%) Türkiyənin payına düşüb.
AMB-nin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycandan pul köçürmələri 17,4% - $300,641 milyonadək artıb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələr arasında Türkiyə birinci yerdədir ($90,743 milyon, аrtım 29,4%). Birinci yarımillikdə Azərbaycandan bütün köçürmələrin 30,2%-I Türkiyənin payına düşüb (2021-ci ilin yanvar-iyun aylarında – 27,4%).
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri $44,878 milyon (azalma 18,2%), xüsusi çəki 14,9% (bir il əvvəl 21,4%) təşkil edib.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin TOP-5-nə Gürcüstan ($31,6 milyon, azalma 15,2%), ABŞ ($29,527 milyon, artım 66,8%) və Böyük Britaniya ($17,843 milyon, artım 1,9 dəfə) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%, Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib. (İnterfaks-Azərbaycan)