Maliyyə naziri Sahil Babayev ölkəyə benzin idxalının artmasından danışıb.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı nazir bunu Neft Emalı zavodunun bağlanması ilə əlaqələndirib.
“Benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı Dövlət Neft Şirkəti verə bilər, amma bizim ehtimallarımıza görə buna səbəb, ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı zavodunun bağlanmasıdır. Neft emalı zavodunun bağlanmasına görə təlabatı ödəmək üçün 92 markalı nefti idxal etməli olduq”, - maliyyə naziri vurğulayıb.