Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana 780 milyon dollar məbləğində kredit ayırmağa hazırdır.
Eləcə də bax: Dünya Bankı ilə kredit müqaviləsi - İMZALANDI
FED.az xəbər verir ki, "Bank Direktorlar Şurasının Azərbaycan üçün təsdiq etdiyi üçillik biznes-plan çərçivəsində 780 milyon dollar məbləğində vəsait ayırmağa hazırdır", - deyə bankdan məlumat verilib.
Biznes-plana əsasən, AİB bu dövrdə Azərbaycana təhsil, irriqasiya, biznesə dəstək, iqtisadi islahatların dəstəklənməsi və dəmir yollarının inkişafı layihələri üçün 5 kredit ayırmağa hazırdır.
Bununla yanaşı, 2021-ci ildə bank ölkə üçün 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə 325 milyon dollar məbləğində krediti ehtiyatda saxlayıb.
AİB 2021-2023-cü illərdə də Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək. (İnterfaks-Azərbaycan)