Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib - FOTO
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "X" hesabında bildirib.
"Ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Milli Bankının sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşdük. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Əminəm ki, bu Memorandum rəhbərlik etdiyimiz qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə və bu istiqamətdə yeni imkanların dəyərləndirilməsinə mühüm töhfə verəcək" - AMB sədri əlavə edib.