Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, eləcə də, digər məsələlər müzakirə edilib.
Taleh Kazımov bank rəhbərləri ilə bank sektorunun inkişafını müzakirə edib - FOTO
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankında olub.
Səfər zamanı keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarə olunması mövzuları üzrə interaktiv təqdimatlar ətrafında məlumat mübadiləsi aparılıb.
Görüşlərdə, həmçinin, maliyyə hesabatlılığı üzrə beynəlxalq təcrübələr, çağırışlar və ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub.