Azərbaycan və Misir arasında pul nişanlarının istehsalı müzakirə edilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun baş direktoru Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Mərkəzi Bankında (CBE) işgüzar səfərdə olub.
Səfər çərçivəsində AMB və CBE arasında nağd pul tədavülünün təşkili və idarə edilməsi, pul nişanlarının istehsalı və nağd pulla əməliyyatların avtomatlaşması sahəsində qarşılıqlı məlumat mübadiləsi və birgə məsləhətləşmələr aparılıb.












