Azərbaycan və Macarıstan arasında maliyyə sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
Taleh Kazımovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Vaşinqtonda görüşlərə başlayıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, AMB-nin sədr müavini Əliyar Məmmədyarov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüş keçirib. Görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib. Həmçinin ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.