Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə edib.
Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu. Görüşdə WB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib