Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər.
FED.az xəbər verir ki, bu barədə “Report”a İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı tərəflər danışıqlar aparır: "Birgə istehsalın təşkil edilməsinə dair danışıqlar ilkin mərhələdədir. Texniki-iqtisadi əsaslandırma aparılır. Bundan sonra lazım olan investisiyanın məbləği bəlli olacaq".
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyard ABŞ dolları təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya qoyub.