Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında əməkdaşlığın əsas istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr AİİB-in prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşdə baş tutub.
"Bankın ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.