Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşərək onunla əməkdaşlıq əlaqələrini müzakirə edib.
Azərbaycanda rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr - MÜZAKİRƏ EDİLİB
FED.az xəbər verir ki, bunu nazir özünün tviter hesabında bildirib.
"K.Limitovski ilə görüşdə ölkəmizdə nəqliyyat, o cümlədən aviasiya, dəniz nəqliyyatı və dəmir yolu üzrə həyata keçirilən layihələrin icrasında potensial əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.