Xəbər verildiyi kimi, Fitch Ratings reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli defolt reytinqini (IDR) "BB+" səviyyəsində təsdiqləyib.
“Fitch” Azərbaycanın defolt reytinqini təsdiqləyib - PROQNOZ "STABİL"DİR
FED.az xəbər verir ki, reytinqlə bağlı açıqlamasında agentlik Azərbaycanın reytinqinə təsir edə biləcək, reytinqin endirilməsi və ya yüksəldəlməsinə səbəb ola bilən müsbət və mənfi faktorları da qeyd edib. Bu faktorlar aşağıdakılardır:
Mənfi reytinq hərəkətlərinə səbəb ola biləcək faktorlar:
- Xarici maliyyə: dünya bazarında neftin qiymətinin davamlı olaraq ucuzlaşması və onun xarici ehtiyatlara mənfi təsiri.
- Makro: iqtisadi siyasətin dəyişməsi, hansı ki makroiqtisadiyyata zərər vurur. Məsələn xarici ödəmə balansının pisləşməsinə və ya manatın məzənnəsinin kortəbii devalvasiyasına səbəb ola bilər. Bu da iqtisadiyyata, bank sektoruna və dövlət büdcəsinə mənfi təsir edə bilər.
Müsbət reytinq hərəkətlərinə səbəb ola biləcək faktorlar:
- Makro: Azərbayanda siyasətin əsaslarının şəffaflığının və əvvəlcədən müəyyən ediləbilən olma səviyyəsinin yüksəlməsi. Buraya manatın məzənnə siyasəti də aiddir ki, bu da ölkənin xarici şoklara davamlılığını yüksəldir və makrovolatilliyi azaldır.
- Dövlət maliyyəsi: dövlət maliyyəsi ilə bağlı balansın davamlı möhkəmlənməsi və ona etimadın artması. Etibarlı orta müddətli strategiyanın tətbiqi və ÜDM-nin daha sürətli və daha şaxələnmiş artımı.
- Xarici maliyyə: Xarici balansın ciddi möhkəmlənməsi, məsələn neftin qiymətinin gözləniləndən daha yüksək olması səbəbindən.