Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Antalya şəhərində keçirilən "Beynəlxalq Sığorta Sərgisi və Konqresi"ndə iştirak edir.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Güclü iqtisadiyyat üçün güclü sığorta" şüarı ilə təşkil olunmuş Konqres bu il "İnkişaf edən informasiya texnologiyaları fonunda sığorta sektorunun gələcəyə dair yeni inkişaf imkanları" mövzusuna həsr olunub.
AMB-nin Baş direktoru Ziya Əliyev, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə nümayəndə heyəti və digər yerli sığorta sektoru iştirakçılarının dəvətli olduğu Konqresə 30-dan çox ölkənin sığorta sektoru təmsilçiləri qatılıb.