Bu il aprelin 1-nə Azərbaycanın valyuta ehtiyatları 62 milyard 570,6 milyon ABŞ dolları təşkil edib.
ARDNF I rübdə büdcə öhdəliyini - 44% AZ İCRA EDİB
FED.az xəbər verir ki, bunun 85,4 %-i və yaxud 53 milyard 437,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,6 %-i və yaxud 9 milyard 133 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard 541,3 milyon ABŞ dolları və yaxud 7,8 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 4 milyard 404 milyon ABŞ dolları və yaxud 9 %, AMB-nin valyuta ehtiyatlarında isə 137,3 milyon ABŞ dolları və yaxud 1,5 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 173,6 milyon ABŞ dolları və yaxud 18,1 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 996,5 milyon ABŞ dolları və yaxud 28 % artım nümayiş etdirib. (Report)
| 
			 ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
			
			 AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
			
			 Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
		|
| 
			 01.04.2023  | 
			
			 53 437,6  | 
			
			 9 133,0  | 
			
			 62 570,6  | 
		
| 
			 01.01.2023  | 
			
			 49 033,6  | 
			
			 8 995,7  | 
			
			 58 029,3  | 
		
| 
			 01.10.2022  | 
			
			 45 386,4  | 
			
			 7 667,3  | 
			
			 53 053,7  | 
		
| 
			 01.07.2022  | 
			
			 45 306,8  | 
			
			 7 371,9  | 
			
			 52 678,7  | 
		
| 
			 01.04.2022  | 
			
			 45 264,0  | 
			
			 7 136,5  | 
			
			 52 400,5  | 
		


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







