Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 560,2 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Mərkəzi Bankın valyuta ehtiyatları iyunda cüzi - Azalıb
FED.az xəbər verir ki, bunun 87,2%-i və yaxud 44 104,9 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8%-i və yaxud 6 455,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 442,7 milyon dollar və yaxud 2,9% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 343,6 milyon dollar və yaxud 3,15%, AMB-nin valyuta ehtiyatlarında isə 99,1 milyon dollar və yaxud 1,6% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 900,6 milyon dollar və yaxud 1,8% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 881,6 milyon dollar və yaxud 2%, AMB-nin valyuta ehtiyatları isə 19 milyon dollar və yaxud 0,3% artım nümayiş etdirib. (Report)
| 
			 ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
			
			 AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
			
			 Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)  | 
		|
| 
			 01.07.2021  | 
			
			 44 104,9  | 
			
			 6 455,3  | 
			
			 50 560,2  | 
		
| 
			 01.04.2021  | 
			
			 42 761,3  | 
			
			 6 356,2  | 
			
			 49 117,5  | 
		
| 
			 01.01.2021  | 
			
			 43 564,3  | 
			
			 6 369,4  | 
			
			 49 933,7  | 
		
| 
			 01.10.2020  | 
			
			 43 288,6  | 
			
			 6 491,4  | 
			
			 49 780,0  | 
		
| 
			 01.07.2020  | 
			
			 43 223,3  | 
			
			 6 436,3  | 
			
			 49 659,6  | 
		


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







