Rusiyanın “Russkiy Standart” bankı 2021-ci ilin birinci yarısında müştərilərinin beynəlxalq köçürmələrinin xüsusiyyətlərini araşdırıb.
Eləcə də bax: Avronun manata qarşı məzənnəsi bu ilin ən aşağı - Səviyyəsinə Enib
FED.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, araşdırma nəticəsində qeyd olunan müddətdə Rusiyadan edilən transferin orta dəyəri artıb.
Bankın məlumatlarına görə, Rusiyadan ən çox köçürmə edilən ölkə Azərbaycandır. Azərbaycan ilk "Beşlikdə" bir transferin orta dəyərinə görə lider olmasa da, köçürmələrin sayına görə öndərir.
İlk beşlik isə aşağıdakı kimidir:
1. Azərbaycan (bir transferin orta dəyəri 9600 rubl (219,8 manat))
2. Belarus - 11 289 rubl (258,5 manat)
3. Moldova - 13 901 rubl (318,3 manat)
4. Qazaxıstan - 21 322 rubl (488,3 manat)
5. Özbəkistan – 17,941 rubl (410,8 manat).
Ötən ilin eyni dövründə də Azərbaycan liderlər sırasında idi. Lakin Rusiyadan Azərbaycana köçürmə üçün orta qəbzin dəyəri daha aşağı - 8139 rubl (186,4 manat) təşkil edirdi. (Apa)