Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Mastercard şirkətinin Şərqi Avropa regionu üzrə prezidenti Yasemin Bedirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə şirkətin ölkədəki cari fəaliyyəti müzakirə olunub, ödəniş sistemləri sahəsində rəqəmsallaşmanın təşviqi və texnoloji sahədə ikitərəfli maraq doğuran digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.