“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilib.
Azərbaycan-Qırğız İnkişaf Fondu - YARADILACAQ
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış Sazişi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.