Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək iki layihəni - kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
FED.az xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyi bildirir.
Nazirlik qeyd edib ki, SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.
Digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən dördüncü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib. (Report)