2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 419,1 milyon manat, xərcləri isə 27 412,8 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 7% və 3,8% çoxdur.
Son nəticədə büdcədə 993,7 milyon manat kəsir yaranıb.