2024-cü ildə xam neftin orta qiyməti 84 dollar olmuşdur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O, xatırladıb ki, dünya bazarlarında enerji məhsullarının qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi təxminən 22,7 milyard dollar olmuşdur. Bu ixracın 15,3 milyard dolları xam neftin, 6,9 milyard dolları təbii qazın, 500 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü il üzrə qeyri-neft-qaz ixracı isə 3,2 milyard dollar təşkil etmişdir.