Bu ilin I rübündə "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 74 ABŞ dolları, Azərbaycan təbii qazının 1 000 kubmetrinin orta ixrac qiyməti isə 320 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, rüb ərzində cari əməliyyatlar balansının neft-qaz sektoru üzrə profisiti 3,8 milyard ABŞ dolları, qeyri-neft-qaz sektoru üzrə kəsiri isə 2,7 milyard ABŞ dolları olub. Bunlar isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,6 % və 42,1 % çoxdur.