2023-cü ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 732,8 milyon dollar artıb.
"Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31.10.2023-cü il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 milyard 508.1 milyon dollara çatıb. 29.09.2023-cü il tarixində rəsmi valyuta ehtiyatları 9 milyard 775.3 milyon dollar olmuşdu.
Rəsmi valyuta ehtiyatlarında artım Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi ilə əlaqədardır. Dollar təklifi tələbi üstələdiyindən Mərkəzi Bank xarici valyutanın bir hissəsini alır.
2023-cü ilin 10 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1 milyard 509,4 milyon dollar artıb.
31.10.2023 10508.1
29.09.2023 9775.3
31.08.2023 9364.4
31.07.2023 9244.0
25.06.2023 9195.9
31.05.2023 9175.7
28.04.2023 9189.2
31.03.2023 9133.0
28.02.2023 9043.8
31.01.2023 9061.4
30.12.2022 8995.7