Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 538 milyon 037 min manat olub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 184 milyon 588 min manat və ya 52,2% çoxdur.
Ötən il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 353 milyon 449 min manat olub.