Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.
Eləcə də bax: Mərkəzi Bank: İlin sonuna inflyasiyanın indikindən aşağı olacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, bunu qurumun baş direktoru Fərid Osmanov bildirib.
"Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur. Yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq", - o deyib. (Report)