Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.
Eləcə də bax: Azərbaycanın valyuta ehtiyatlarının məbləği - AÇIQLANIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının bu gün faiz dəhlizinin parametirlərinə dair verdiyi açıqlamada qeyd edilir.
AMB qeyd edir ki, sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib.
Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlmişdir. Avqustda Brent markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enmişdir. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.
Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artmışdır.