"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacidir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır".
Eləcə də bax: Mərkəzi Bank: İlin sonuna inflyasiyanın indikindən aşağı olacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.
"Bu faiz qərarları əlbəttə ki, bizim iqtisadiyyatımız üçün hər-hansı bir valyuta axınına səbəb olmayacaq. Əksinə, bu ilin 6 ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz I rübün rəqəmlərinə nəzər yetirsək, görərik ki, Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-nin profsiti ÜDM-nin 20%-ni üstələyir", - o qeyd edib. (Report)