30 Oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin parametrlərinə baxacaq.
Sabah Mərkəzi Bankın faiz qərarını açıqlayacağı gözlənilir.
Mərkəzi Bank 2018-ci ildə 3 dəfə faiz artırdıqdan sonra Avqustda parametrlərdə dəyişikliyə getməmişdi.
Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində (aşağı həddi 8%, yuxarı həddi 12%) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti avqustun 1-də isə uçot dərəcəsinin 10 faiz səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2 faizlik kənarlaşma ilə aşağı hədd 8 faiz, yuxarı hədd 12 faiz) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.
Mərkəzi Bank 2018-ci ilin qalan dövründə də inflyasiya dinamikasını, inflyasiya risklərini, iqtisadi artım perspektivlərini və monetar sektorda gedən prosesləri nəzərə almaqla faiz dəhlizi parametrlərinə dair qərar verəcəyini açıqlamışdır. Ötən dövrdə inflyasiya daha da aşağı düşümüş, iqtisadi artım davam etmiş, Azərbaycanın əsas ticarət tərəfdaşlarının (Rusiya və Türkiyə) milli valyutalarının məzənnələrində volatillik səngimişdir.