Bu il avqustun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,1 bənd təşkil edib.
Azərbaycanda manatla geniş pul kütləsi 12%-ə yaxın artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Bu, aylıq müqayisədə 0,3 bənd az, ilin əvvəlinə nisbətən 2,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3 bənd çoxdur.
Avqustun 1-nə manatın real effektiv məzənnəsi isə 119,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd, ilin əvvəlinə nisbətən 2 bənd, illik müqayisədə isə 3 bənd azdır.