Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,08 bənd təşkil edib.
Eləcə də bax: Azərbaycanda 1, 5 və 50 manatlıq - PUL NİŞANLARI YENİLƏNİR
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,38 bənd, yanvarın 1-nə nisbətən 0,4 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,69 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Oktyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) sentyabr ayı ilə müqayisədə 497 mln manat və ya 3,7% artması və aylıq inflyasiyanın 0,2% qalması ilə bağlıdır.
"Report"