Maliyyə

Azərbaycan manatının - DÖVRETMƏ SÜRƏTİ AZALIB

Azərbaycan manatının - DÖVRETMƏ SÜRƏTİ AZALIB | FED.az
11:36 8 Aprel 2020

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,12 bənd təşkil edib.

Eləcə də bax: Azərbaycan manatının - DÖVRETMƏ SÜRƏTİ AZALIB

FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,24 bənd az, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin martın 1-nə nisbətən isə 0,67 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Renkinq

Digər xəbərlər