Azərbaycan manatının 2018-ci ildə digər ölkələrin valyutası qarşısında necə dəyişdiyi məlum olub. FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının xarici valyutaların məzənnəsi ilə bağlı 2017 və 2018-ci ilin sonuna olan məlumatların müqayisəsi göstərib ki, 2018-ci il ərzində AZN əksər dövlətlərin milli valyutaları qarşısında bahalaşıb.
Eləcə də bax: Manat necə bərkidi - AZƏRBAYCANIN MALİYYƏ TARİXİ
Manat ən çox Argentina pesosu, Türkiyə lirəsi və Rusiya rublu qarşısında dəyər qazanıb - müvafiq olara 49,89%, 28,61% və 16,95%. Bu, həmin ölkələrin pulunun kəskin dəyərdən düşməsi ilə bağlıdır.
Manatın qarşısında ən az bahalaşdığı xarici valyuta isə ABŞ dolları olub – cəmi 0,01%.Bu il Azərbaycanın milli valyutası cəmi 5 xarici valyuta qarşısında ucuzlaşıb. Bunlar Ukrayna qrivnası, yapon yeni, Moldova leyi, Livan funtu və Meksika pesosudur. Dəyər itirilməsi müvafiq olaraq 1,98%, 1,9%, 0,3%, 0,27% və 0,12% təşkil edib.
№ | Valyuta | Kod | Məzənnələr | Dinamika | |
29.12.2017 | 28.12.2018 | ||||
1 | 1 ABŞ dolları | USD | 1.7001 | 1.7000 | -0.01% |
2 | 1 Avro | EUR | 2.0307 | 1.9468 | -4.13% |
3 | 1 Avstraliya dolları | AUD | 1.3260 | 1.1984 | -9.62% |
4 | 1 Argentina pesosu | ARS | 0.0886 | 0.0444 | -49.89% |
5 | 1 Belarus rublu | BYN | 0.8609 | 0.7897 | -8.27% |
6 | 1 Braziliya rialı | BRL | 0.5132 | 0.4388 | -14.50% |
7 | 1 BƏƏ dirhəmi | AED | 0.4629 | 0.4629 | 0.00% |
8 | 1 Cənubi Afrika randı | ZAR | 0.1371 | 0.1174 | -14.37% |
9 | 100 Cənubi Korea vonu | KRW | 0.1591 | 0.1521 | -4.40% |
10 | 1 Çexiya kronu | CZK | 0.0794 | 0.0754 | -5.04% |
11 | 100 Çili pesosu | CLP | 0.2765 | 0.2436 | -11.90% |
12 | 1 Çin yuanı | CNY | 0.2608 | 0.2480 | -4.91% |
13 | 1 Danimarka kronu | DKK | 0.2727 | 0.2608 | -4.36% |
14 | 1 Gürcüstan larisi | GEL | 0.6514 | 0.6367 | -2.26% |
15 | 1 Honq Konq dolları | HKD | 0.2174 | 0.2170 | -0.18% |
16 | 1 Hindistan rupisi | INR | 0.0266 | 0.0243 | -8.65% |
17 | 1 İngilis funt sterlinqi | GBP | 2.2881 | 2.1529 | -5.91% |
18 | 100 İndoneziya rupiası | IDR | 0.0125 | 0.0117 | -6.40% |
19 | 100 İran rialı | IRR | 0.0041 | 0.0040 | -2.44% |
20 | 1 İsveç kronu | SEK | 0.2062 | 0.1889 | -8.39% |
21 | 1 İsveçrə frankı | CHF | 1.7374 | 1.7258 | -0.67% |
22 | 1 İsrail şekeli | ILS | 0.4899 | 0.4510 | -7.94% |
23 | 1 Kanada dolları | CAD | 1.3533 | 1.2485 | -7.74% |
24 | 1 Küveyt dinarı | KWD | 5.6298 | 5.5979 | -0.57% |
25 | 1 Qazaxıstan tengəsi | KZT | 0.0051 | 0.0045 | -11.76% |
26 | 1 Qırğız somu | KGS | 0.0245 | 0.0243 | -0.82% |
27 | 100 Livan funtu | LBP | 0.1123 | 0.1126 | 0.27% |
28 | 1 Malayziya rinqqiti | MYR | 0.4191 | 0.4090 | -2.41% |
29 | 1 Meksika pesosu | MXN | 0.0863 | 0.0864 | 0.12% |
30 | 1 Moldova leyi | MDL | 0.0993 | 0.0996 | 0.30% |
31 | 1 Misir funtu | EGP | 0.0955 | 0.0949 | -0.63% |
32 | 1 Norveç kronu | NOK | 0.2062 | 0.1943 | -5.77% |
33 | 100 Özbək somu | UZS | 0.0209 | 0.0202 | -3.35% |
34 | 1 Polşa zlotası | PLN | 0.4861 | 0.4534 | -6.73% |
35 | 1 Rusiya rublu | RUB | 0.0295 | 0.0245 | -16.95% |
36 | 1 Sinqapur dolları | SGD | 1.2721 | 1.2425 | -2.33% |
37 | 1 Səudiyyə Ərəbistanı rialı | SAR | 0.4533 | 0.4531 | -0.04% |
38 | 1 Türkiyə lirəsi | TRY | 0.4499 | 0.3212 | -28.61% |
39 | 1 Tayvan dolları | TWD | 0.0573 | 0.0554 | -3.32% |
40 | 1 Tacikistan somonisi | TJS | 0.1927 | 0.1803 | -6.43% |
41 | 1 Yeni Türkmənistan manatı | TMT | 0.4857 | 0.4857 | 0.00% |
42 | 1 Ukrayna qrivnası | UAH | 0.0605 | 0.0617 | 1.98% |
43 | 100 Yapon yeni | JPY | 1.5079 | 1.5366 | 1.90% |
44 | 1 Yeni Zelandiya dolları | NZD | 1.2065 | 1.1407 | -5.45% |
Eləcə də bax: İnvestorlar üçün 2019 necə il olacaq? - PROQNOZ
@report