2023-cü ilin oktyabrın 1-nə Azərbaycan kredit təşkilatlarının milli valyutadada cəmi kreditləri 2 387,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 430,8 milyon manat və ya 22% artıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan kredit təşkilatlarının milli valyutadada cəmi kreditləri 1 956,9 milyon manat olub.