8 yerli bankın təsisçiliyi ilə yaradılan “Azərbaycan Kredit Bürosu” MMC-nin nizamnamə kapitalı 2 mln. manat olacaq.
Maliyyə bazarındakı mənbənin bildirdiyinə görə, bu məbləğ təsisçilər – Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər arasında bərabər bölünəcək. Başqa sözlə, hər bank büronın kapitalında 12,5%-lik və yaxud 250 min manatlıq paya malik olacaq.
Xatırladaq ki, Azərbaycan Kredit Bürosunun yaradılması barədə qərar təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında qəbul edilib.