“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
AKB çoxsaylı təşkilatlarla məlumat mübadiləsini həyata keçirməklə yanaşı, maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində də fəaliyyət göstərir. Şəxslərin öz kredit hesabatlarını əldə etmək, onu tam və ya qismən mübahisələndirmək, müraciət etmək və şikayətlər vermək hüquqları vardır. AKB-nin hədəfi isə qısa müddət ərzində müvafiq müraciətlərin məlumat təchizatçıları ilə araşdırılması və məlumat subyektlərinə yekun rəyin bildirilməsidir.
Müvafiq hədəflərin icra edilməsi məqsədilə AKB-nin dinamik komandasına qoşulmaq üçün aşağıdakı tələblərə cavab verən namizəd axtarılır:
Vakansiya haqqında:
Şöbə: İstehlakçılarla iş
Vəzifə: Mütəxəssis
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 1200-1500 AZN
Müraciət üçün son tarix: 28.02.2023
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büroya daxil olan sorğu və müraciətlərin məlumat təchizatçıları ilə araşdırılması və cavablandırılmasını təmin etmək;
- Büroya daxil olan sorğular əsasında kredit hesabatlarını hazırlamaq və təqdim etmək;
- Mütəmadi şikayətlərin səbəblərini araşdırmaq və problemlərin aradan qaldırılması üçün təkliflərlə çıxış etmək;
- Büroya kredit hesabatları ilə bağlı daxil olan zənglərə, dəqiq və detallı cavab vermək;
- Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (hüquq, iqtisadiyyat, maliyyə və s.);
- Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (problemli kreditlər sahəsində iş təcrübəsi olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dillərini danışıq səviyyədə bilməsi arzu olunandır);
- Azərbaycan dilində səlis yazmaq bacarığı.
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, ünsiyyətcil, nəticəyə fokuslaşma və problemi həll etmə.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəyə “İstehlakçılarla iş şöbəsinin mütəxəssisi” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.