“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir.
Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
AKB hazırda 200-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Biznesin inkişafı departamentinə Aparıcı mütəxəssis axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Müraciət üçün son tarix: 15.12.2022
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
- Büroya məlumatların qanunvericilin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
- Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
- Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
- Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək və onların təşviqini və satışını həyata keçirmək;
- Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
- Rəhbərliyinin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
- Bank və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
- Microsoft Office, Jira, PowerBI proqramları ilə işləmək bacarığı;
- Xaricdə təhsil alması üstünlükdür.
Digər bacarıqları:
- Peşəkarlıq və məsuliyyətlilik;
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, məsuliyyətlilik, nəticəyə fokuslaşma və problemi həll etmə.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.