Azərbaycan Kredit Bürosu Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə dəstək və zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hesabına 30,000 (otuz min) AZN ianə edib.
"Azərbaycan Kredit Bürosu"nun - 206 TƏRƏFDAŞI VAR
Azərbaycan Kredit Bürosu qardaş Türkiyə xalqına Türkiyənin cənub-şərqində çox ciddi dağıntı və insan itkiləri ilə nəticələnən ağır təbii fəlakətlə bağlı keçmiş olsun diləklərini çatdırır, zəlzələ nəticəsində vəfat edənlərə rəhmət, yaxınlarına səbr və yaralılara şəfa diləyir.
Ən qısa müddətdə qardaş Türkiyə xalqının yaralarının sağalmasını arzu edirik.