“Azərbaycan Kredit Bürosu” MMC dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul etmişdir.
“Azərbaycan Kredit Bürosu” MMC dünyada sürətlə yayılmaqda olan yeni növ “COVİD-19” virusunun Azərbaycan üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün ölkə vətəndaşlarını Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya tədbirlərinə ciddi şəkildə riayət etməyə çağırır.