Azərbaycan İrana 500 milyon dollar dəyərində kredit ayırıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov qeyd edib ki, "Şimal-Cənub" layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə 2018-ci ilin birinci yarısında başlanılacaq.
O əlavə edib ki, Azərbaycan tərəfi dəmir yolunun tikintisi çərçivəsində artıq İrana 500 milyon dollar dəyərində kredit ayırıb və hər iki tərəf kredit sazişini imzalayıb.