Bu ilin iyul ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 856,9 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Yenidən Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 1,1%, ilin əvvəlindən isə 4,9% artıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 4,8% artıb. (Apa)