Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,5 % yox, 3,7 % olacağı gözlənilir.
"S&P" bu il Azərbaycanda bank sektorunun dayanıqlı olacağını proqnozlaşdırır
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, iqtisadi artım proqnozu neft-qaz sektoru üzrə 0,5 %-dən 1,2 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə isə 4,9 % saxlanılıb.
Maliyyə Nazirliyi 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 %, 2028-ci ildə 3,6 %, 2029-cu ildə isə 4,9 % iqtisadi artım gözləyir.
O cümlədən, 2026-cı ildə neft-qaz sektorunda 1,2 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2027-ci ildə neft-qaz sektorunda 0,3 % azalma, qeyri-neft-qaz sektorunda 5 % artım, 2028-ci ildə neft-qaz sektorunda 1,8 % azalma, qeyri-neft-qaz sektorunda 5,3 % artım, 2029-cu ildə isə neft-qaz sektorunda 4,1 % artım, qeyri-neft-qaz sektorunda isə 5,1 % artım proqnozlaşdırılır.