Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə həyata keçirilən layihələri və gələcəkdə əməkdaşlıq imkanlarını müzakirə edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi bankının (AMB) sədri Taleh Kazimov özünün "Twitter" hesabında yazıb.
AMB sədri bildirib ki, «Bu gün Beynəlxalq Valyuta Fondunun İcraçı Direktoru Bo Li və BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur ilə görüşdük».
Görüşdə Azərbaycanın maliyyə naziri Samir Şərifov və AMB-nin digər rəsmiləri də iştirak edib.
«Görüş zamanı BVF Azərbaycan əlaqələrinin cari vəziyyəti BVF-nın dəstəyilə ölkəmizdə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq»- AMB rəhbəri T.Kazımov qeyd edib.