Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 492,800 mln. ABŞ dolları təşkil edib. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, təkcə fevralda əhali 167,398 mln. nağd dollar alıb ki, bu da yanvar ayı ilə müqayisədə 48,6% azdır.
Bundan başqa, cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 210,128 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 18,3% azdır. Təkcə fevralda banklar əhalidən 142,399 mln. dollar alıblar ki, bu da yanvar ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Xatırladaq ki, cari ilin yanvar ayında əhalinin dollara tələbatı 2020-ci ilin martından bəri ən yüksək həddə çatıb. (Apa)