Bu ilin sentyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 27,6 mln. avro təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycanda avronun məzənnəsi - 2 Aylıq Minimuma Endi
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29,5% azalıb.
Bundan başqa, sentyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,03 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 21,9%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3,3 dəfə azdır. (Apa)