Bu ilin yanvar-mart aylarında Azərbaycandakı kommersiya bankları tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 37,906 mln. avro təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
Eləcə də bax: Azərbaycanda əhali arasında dollara tələbat - Kəskin Azalıb
FED.az xəbər verir ki, Mərkəzi Bankın hesablamalarına görə, təkcə mart ayında əhali 11,227 mln. avro alıb ki, bu da fevral ayı ilə müqayisədə 30,4% azdır.
Bundan başqa, cari ilin I rübündə ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 13,898 mln. avro təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə azdır. Təkcə martda bu göstərici 4,982 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 0,6% çoxdur. (Apa)